Bakı bir neçə günə belə zəngin təəssürat bağışlaya bilən şəhərdir. İlk gününüzü İçərişəhərdən başlayın — Qız Qalası, Şirvanşahlar Sarayı və dar tarixi küçələr sizi orta əsrlərə aparacaq.
İkinci gün müasir Bakıya həsr olunsun: Alov Qüllələri, Heydər Əliyev Mərkəzi və axşam Xəzər sahili bulvarda gəzinti. Günü dinner cruise turu ilə tamamlamaq isə əla seçimdir.